Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilən tender müsabiqəsinin qalibi açıqlanıb.
Sumqayit24.az etender.gov.аz-a istinadən xəbər verir ki, tenderin qalibi "PROF-DEZ İPM" MMC olub. Şirkət Sumqayıt şəhərinin park və xiyabanlarında, küçə və prospektlərində, məhəllə və mikrorayonlarında dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərini həyata keçirəcək.
Tenderin ehtimal olunan qiyməti 499 min 612 manat təşkil edib.
Qeyd edək ki, xidmətlər çərçivəsində ümumilikdə 3 milyon 850 min kvadratmetr ərazidə dezinfeksiya, 4 milyon 150 min kvadratmetr ərazidə dezinfeksiya, 4 milyon 100 min kvadratmetr ərazidə deratizasiya işlərinin aparılması, həmçinin 450 hektar ərazidə sürünənlərə qarşı mübarizə nəzərdə tutulub.