Sumqayıt sakini Bakıda küçədə vəfat edib.
Məlumata görə, hadisə noyabrın 23-ü saat 12 radələrində Nəsimi rayonu Topçubaşov küçəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü F.Nurəliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti səkidə tapılıb.
Faktla bağlı araşdırmalar Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılır.
Mənbə: Qafqazinfo.az