Avropa çempionatının bürünc medalçısı olan sumqayıtlı boksçu açıqlama verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası paylaşım edib.
Məhəmmədəli Aşırəliyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında qazandığı bürünc medalı növbəti yarışlarda qızıl medalla əvəzləyəcəyinə söz verib. Bundan əlavə, yerlimiz yarımfinalda bəzi səhvlərə görə məğlub olduğunu bildirib.
Xatırladaq ki, Məhəmmədəli Aşırəliyev (60 kq) 1/16 finalda yunanıstanlı Georgios Pliasa 3:2, 1/8 finalda israilli Abdullah Rahala 5:0, 1/4 finalda isə ispaniyalı Brandon Hinea Kollasosa 5:0 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə yarımfinala yüksələn boksçumuz irlandiyayalı rəqibi Qavin Rayana məğlub olaraq bürünc medala layiq görülüb.