Sumqayıtda oğurluq törədilib.
Sumqayit24.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə noyabrın 21-də qeydə alınıb. Gecə saatlarında şəhər ərazisində yerləşən evlərin birindən 400 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Polis tərəfindən keçirilən tədbirlə əməli törədən, narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.