Sumqayıtda məktəblərin birinə yeni direktor təyin olunub.
Sumqayit24.az-a daxil olan məlumata görə, ixtisasca biologiya müəllimi olan Hicran Musa qızı Nəsirova Sumqayıt şəhər F.Piriyev adına 18 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyinat alıb.
Məlumat üçün bildirək ki, Hicran Nəsirova Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bakalavr (2004) və magistratura (2006) pillələri üzrə fərqlənmə diplomu ilə bitirib.
O, pedaqoji fəaliyyətinə 2008-ci ildə Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi başlayıb. 2014-2022-ci illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Hicran Nəsirova həmçinin bir müddət Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib.