"Sahil küçəsinə paralel olaraq Corat qəsəbəsi istiqamətindən Sumqayıt Bulvarına birbaşa çıxışı təmin edəcək ikinci alternativ yolun salınması nəzərdə tutulur".
Sumqayit24.az-a bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib:
"Sumqayıt şəhərində əhalinin sayının artması, şəhərin sürətli inkişafı və nəqliyyat infrastrukturuna olan tələbatın yüksəlməsi nəzərə alınaraq alternativ yolun çəkilməsi istiqamətində işlər həyata keçirilir. Layihə çərçivəsində Sahil küçəsinə paralel olaraq Corat qəsəbəsi istiqamətindən Sumqayıt Bulvarına birbaşa çıxışı təmin edəcək ikinci alternativ yolun salınması nəzərdə tutulur".
Qeyd olunub ki, hazırda sözügedən ərazidə aparılan təmir-tikinti işləri məhz yeni alternativ yolun çəkilməsi ilə əlaqədardır.
"Yeni yolun istifadəyə verilməsi nəqliyyatın hərəkətinin rahatlaşdırılmasına, mövcud yolların nəqliyyat yükünün azaldılmasına, eləcə də sakinlərin gediş-gəliş imkanlarının yaxşılaşdırılmasına xidmət edəcək", - deyə məlumatda qeyd olunub.