Sumqayıt şəhər 33 nömrəli məktəbinin direktoru dəyişib. Sumqayıt24 bu haqda 17 may tarixində xəbər verir.
Ötən ay Abşeron–Xızı Regional Təhsil İdarəsi məktəbdə yoxlamalar aparıb. Burada çoxsaylı qanunsuzluqlar, "ölü canlar", şagirdlərin aylığa buraxılmaları, müəllimlərin adına qanunsuz əlavə dərslərin və dərnəklərin yazılması ilə bağlı ciddi maliyyə pozuntuları aşkarlanıb.
Bundan sonra təhsil ocağının direktoru Rübabə Əsgərova vəzifəsindən kənarlaşdırılıb. Əldə etdiyimiz məlumata görə, məktəb müvəqqəti olaraq Əliağa Dadaşova tapşırılıb. Dadaşov bundan öncə direktorun müavini olub.
Foto Sumqayıt24