Sumqayıt şəhərində növbəti əmək yarmarkası keçirilib. Bu haqda bu gün, 15 iyun tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər veririk.
Yarmarkada 43 müəssisə əsasən xidmət, istehsal, tikinti və s. sahələrdə 400-dən çox vakansiya təqdim edib. Buraya gələn vətəndaşlara özünüməşğulluq proqramı və peşə hazırlığı kursları barədə də məlumat verilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, deputat Müşfiq Məmmədli, Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov, Agentliyin Abşeron-Xızı Regional məşğulluq filialının müdiri Sənan Məmmədzadə yarmarkada iştirak ediblər.