Sumqayıtda uşaqlar üçün təşkil olunan yay məşğələsi davam edir. Bu barədə 2 sentyabr tarixində DünyaTV-yə istinadən məlumat veririk.
47 nömrəli körpələr evi - uşaq bağçasında keçirilən məşğələdə balacalar bilik və bacarıqlarını inkişaf etdirirlər. Burada uşaqlar günə səhər idmanı ilə başlayırlar. Daha sonra açıq havada əyləncəli oyunlar və musiqi yarışmaları keçirilir. Pedaqoji kollektiv uşaqların sağlam ruhda böyüməsi üçün əlindən gələni əsirgəmir. Bağcada 175 uşaq təlim-tərbiyə alır.