Sumqayıtda oyuğu olan ağac təhlükə saçır. Sumqayıt24 bu haqda 22 may tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Həmin ağac 5-ci mikrorayon, ev 31-in arxasında yerləşir. Onun böyük budaqlarından biri qırılaraq düşüb, nəticədə gövdədə böyük dəlik əmələ gəlib.
Hazırda insanlar külək zamanı ağacın aşacağından, kiminsə xəsarət alacağından qorxurlar.