Dağıstanda sürücü sükan arxasında keçinib. Sumqayıt24 bu haqda 30 sentyabr tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə səhər saat 5:00 radələrində ölkənin çıxışına yaxın ərazidə qeydə alınıb. Sumqayıt seriyalı 50-EP-652 dövlət qeydiyyat nişanlı iri yük avtomobili (TIR) idarəetmədən çıxaraq bataqlığa düşüb.
Ərazidə olanlar maşında sürücünün meyitini tapıblar. Onun azərbaycanlı olduğu deyilir.
Hazırda onun kimliyi müəyyənləşdirilir.