Sumqayıt şəhərinin 10-cu mikrorayonunda bədbəxt hadisə baş verib. Bu haqda 17 may tarixində Sumqayıt24 Xeberle.com-a istinadən məlumat verir.
Evində təmir işləri aparan 55 yaşlı Məhəmməd Rəhimov ehtiyatsızlıqdan zədə alıb. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.