top
7 fənn üzrə müəllimlərin sertifikasiyası GÖZLƏNİLİR
24 yanvar 2025, 00:12
- ↺ +

7 fənn üzrə müəllimlərin sertifikasiyası GÖZLƏNİLİR

Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir. Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənnin müəllimlərinin cəlb ediləcəyi rəsmi olaraq açıqlanmayıb.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın hələlik iclası keçirilməyib.

Məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.

Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib. Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir. Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.

Təhsil İnstitundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasının nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur.

Bəzi ekspertlər sertifikasiya imtahanlarının çətinləşdiriləcəyini düşünür. Mövzu ilə bağlı sayta danışan elm və təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, sertifikasiya imtahanları nə qədər çətin olsa, o qədər yaxşıdır:

“Çətin demək bəlkə də doğru olmaz, amma əvvəlki imtahanlar səviyyəsində, hətta bir az çətin olması yaxşı olardı. Çünki sertifikasiya imtahanı təhsil sistemimizdə olan vəziyyəti üzə çıxardı. Biz cəmiyyət olaraq təhsilin inkişafını düşünürüksə, biz sertifikasiyanı ayaqda alqışlamalıyıq. Bu imtahanlar bizim təhsilverənlərimizin tənbəlliyini ortaya çıxardır”.

Ekspertin sözlərinə görə, ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinə görə, 17 minə yaxın müəllim mənfi nəticə əldə etdi:

“Ondan sonra bir il əlavə müddət verildi. Sonra həmin müəllimlərin yarısı yenə eyni şəkildə imtahandan kəsildi. Bu o deməkdir ki, məktəblərimizdə təhsilverənlərin əksəriyyəti öz ixtisasını bilmir, bəziləri də öz ixtisası üzrə işləmir. Xüsusilə də ibtidai sinif müəllimləri fərqli ixtisaslardan gələnlərdir. Kitabxanaçılığı, laborant olub ali təhsili olmayan məktəbdə ibtidai sinif müəllimi kimi işləyənlər var idi. Buna görə də bəzi müəllimlər ələkdən keçirilməli idi. 2026-cı ildə sertifikasiyanın yekunlaşması planlaşdırılır. Bundan sonra bəzi layihələr ortaya çıxacaq. Məsələn, ümumtəhsil məktəblərində yuxarı siniflərdə təhsil sisteminin dəyişilməsi baş verə bilər. Sertifikasiya imtahanında yaxşı nəticə göstərən müəllimləri yuxarı sinif şagirdlərinin tədris prosesinə cəlb etmək ön planda durmalıdır”.

Qeyd edək ki, Emin Əmrullayev ötən il parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, 2025-ci ildə 20 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
Dünən, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Dünən, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Dünən, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Dünən, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Dünən, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Dünən, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
25 sentyabr 2026, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
25 sentyabr 2026, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
25 sentyabr 2026, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
25 sentyabr 2026, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
25 sentyabr 2026, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
25 sentyabr 2026, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
25 sentyabr 2026, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
25 sentyabr 2026, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
25 sentyabr 2026, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
25 sentyabr 2026, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Oxşar xəbərlər