“Kitab qatarı”nın sərnişinləri bu dəfə məktəblilər oldular. Sumqayıt24 bu haqda 18 may tarixində xəbər verir.
Layihə Azərbaycan Dəmir Yolları və “Parlaq İmzalar” nəşriyyatı tərəfindən təşkil edilib. Proqram çərçivəsində Bakı şəhəri 12 nömrəli məktəbin “Bookplanetlilər” oxu klubu proqram çərçivəsində sürət qatarı ilə Sumqayıt şəhərinə səfər ediblər.
Yol boyunca uşaqlar “Şahmat” kitabı haqqında müzakirələr aparıb, qatarda qiraətin maraqlı tərəfləri ilə bağlı təəssüratlarını bölüşüblər.