Sumqayıtda baş verən dəhşətli yol qəzası zamanı xəsarət alanların son durumu məlum olub.
Bu barədə Sumqayit24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.
"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16 yanvar saat 20:40-da üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Onlardan bir nəfər qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, müştərək travmatik sınıqlar diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Müxtəlif bədən xəsarətləri alan iki nəfərə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib, vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, qəza Sülh küçəsində qeydə alınıb.