Sumqayıtda əməkdar mühəndis Zülfi Sadıxovun 80 illik yubileyi qeyd olunur. Sumqayıt24 bu haqda DünyaTV-yə istinadən xəbər verir.
Uzun müddət kimya sənayesi sahəsində çalışan, Prezidentin fərdi təqaüdçüsü olan Zülfi Sadıxovun şəhərimizin inkişafında böyük əməyi var. Yubiley münasibətilə icra hakimiyyətinin nümayəndələri və veteranlar şurasının əməkdaşları onu evində ziyarət ediblər. Zülfi Sadıxova icra başçısı Zakir Fərəcovun Fəxri fərmanı təqdim olunub.