Sumqayıt sakininin zəhərlənərək ölməsi iddiası təkzib edilib. Sumqayıt24 bu haqda 24 iyun tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Vətəndaşın spirtli içki qəbul etdikdən sonra vəfat etməsi ilə bağlı xəbərlər yayılmışdı. Məlumat əsasında AQTA mütəxəssisləri və aidiyyəti qurumlar araşdırmalar aparıblar.
Məlum olub ki, hadisə iyunun 22-də baş verib. Normadan artıq spirtli içki ilə birgə enerji içkisi qəbul edən Elfan Familzadə şəhər Xəstəxanasına hospitalizə olunub. Həkimlər ona alkoqollu sərxoşluq diaqnozu qoyub və ilkin tibbi yardım göstərərək evə buraxıblar. Həmin şəxslə əlaqə saxlanılıb, vəziyyəti qənaətbəxşdir.
Bununla da ölüm və ya qida zəhərlənməsi xəbəri təsdiqini tapmayıb.