Sumqayıtda ərzaq mağazasında yanğın baş verib. Sumqayıt24 bu haqda bu gün, 4 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə nəticəsində mağazanın yanar konstruksiyaları, 1 ədəd televizor və 17 kv.m sahədə mallar yanıb.
Ümumi sahəsi 25 kv.m olan dükanın qalan hissəsi yanğından mühafizə edilib. Əraziyə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar.