Sumqayıtda gənclər təmizlik aksiyası keçiriblər. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Tədbir 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təşkil olunub. Aksiya çərçivəsində gənclər güllərə, dekorativ kollara və ağaclara qulluq göstəriblər.