Sumqayıtda avtobuslara xidmət üçün pul ayrılıb. Sumqayıt24 bu haqda 3 iyul tarixində xəbər verir.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ ilə “Smartech System” MMC arasında müqavilə bağlanılıb. Anlaşmada Sumqayıt, Bakı və Abşeron ərazisində avtobusların idarəetmə sistemi üçün 12 aylıq texniki dəstək xidmətlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.612.507 manatdır.