Sumqayıt sakininin idarə etdiyi “Opel” markalı avtomobil ağaca çarpılıb. İki nəfər xəsarət alıb. Sumqayıt24 bu barədə Report.az-a istinadən xəbər verir.
Hadisə Qubanın Qam-Qam kəndi yaxınlığında qeydə alınıb. Nəticədə Sumqayıt şəhər sakinləri: sürücü, 42 yaşlı Elşən Ramazanov və sərnişin, 28 yaşlı Lütfiyyə Ramazanova Rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.