AYB Sumqayıt bölməsi toplantı keçirib. Bu barədə Azərbycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinə istinadən xəbər veririk.
Azərbaycan yazıçılarının 13-cü qurultayına nümayəndələrin seçilməsi ilə bağlı keçirilən yığıncaq Poeziya evində baş tutub. Öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. AYB-nin Sumqayıt bölməsi Məsləhət Məclisinin sədri Əşrəf Veysəlli tədbiri açıq elan edərək gündəlik məsələlər haqqında məlumat verib. İclasın sədri Ofelya Babayeva, katibi isə Rəfiqə Şəms seçilib. İclasın sonunda səs çoxluğu ilə 13-cü qurultaya nümayəndələr seçilib. Sonda AYB-nin katibi İlqar Fəhmi Sumqayıt bölməsinin fəaliyyətini yüksək dəyərləndirərək işlərində uğurlar arzulayıb.