Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 192 hərbçisi şəhid olub.
Onlardan 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər isə mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Eyni zamanda 19-20 sentyabr tarixlərində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıblar.
Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!