top
Azərbaycan-Latviya forumu Sumqayıtda baş tutub
27 noyabr 2024, 00:31
- ↺ +

Azərbaycan-Latviya forumu Sumqayıtda baş tutub

Sumqayıt şəhərində Azərbaycan-Latviya biznes forumu keçirilib.

Report.az-ın məlumatına görə, tədbirdə Latviyanın Azәrbaycandakı sәfiri Edgars Skuja, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Yeni Azərbaycan Partiyasının, Azәrbaycan Sahibkarlar Konfederasiyasının rəsmiləri və sahibkarlar iştirak ediblər.

Əvvəlcə Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunan filmə, daha sonra Azərbaycan və Latviya şirkətlətinin təqdimatına baxılıb.

T.Sәmәdov tədbirin Zəfər ayına təsadüf etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaətdən danışılıb.

İki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılıb. Münasibətlərin işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi hesabına daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

E.Skuja Sumqayıtın 75 illik yubileyi münasibətilə sumqayıtlıları, Zəfər ayı münasibəti Azərbaycan xalqını təbrik edib.

Səfir qeyd edib ki, Latviya və Azərbaycanın dərin əlaqələri var. O, ilk dəfə yay fəslində Sumqayıta gəldiyini, bulvarın onu heyran etdiyini qeyd edib. E.Skuja forumda Latviyadan gələn biznes heyətinə rəhbərlik etdiyini və sonda uğurlu nəticələr əldə olunacağını diqqətə çatdırıb.

Səfir iki ölkə arasında münasibətlərin möhkəm siyasətə bağlı olduğunu söyləyib və yaxın gələcəkdə prezident İlham Əliyevin Latviyaya səfərini gözlədiklərini bildirib. O, Sumqayıtın biznes sahəsini əhatə edən sahibkarların foruma gəldiyindən məmnunluğunu diqqətə çatdırıb.

Forumun əsas məqsədi sahibkarlar arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli əməkdaşlığın qurulması və mövcud iqtisadi potensialdan yararlanaraq, ticarət dövriyyəsini hər iki ölkəni qane edən səviyyəyə çatdırmaqdır deyə Azәrbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib.

Konfederasiyanın Sumqayıt şәhәr nümayәndәsi Şahin Mәmmәdov biznes forumun gələcəkdə uğurlu nəticələr verəcəyinə əmin olduğunu deyib. Ş.Məmmədov əlavə edib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyinin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün perspektivlər genişdir.

Forumun sonunda ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin başlamasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 18:06

Sumqayıtda hoteldə insident törədən qız HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıtın bu yolu daha neçə can alacaq? - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda zibil problemi yanğın təhlükəsi yaradıb? - sakinlərdən SOS

Bütün xəbərlər
Dünən, 15:26

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar tədbir keçirildi

Bütün xəbərlər
Dünən, 14:38

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:56

Sumqayıt Dövlət Universitetindən beynəlxalq reytinqdə böyük irəliləyiş

Bütün xəbərlər
Dünən, 12:59

Sumqayıtda sərnişinlərin rahatlığını pozan avtobus – ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:07

Sumqayıtda Anım Günü ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
Dünən, 11:23

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir"

Bütün xəbərlər
Dünən, 10:28

19 yaşında şəhid olan əsgərimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:54

"Xəzərdə suyun səviyyəsinin davamlı azalmasından narahatıq" - Ceyhun Bayramov

Bütün xəbərlər
Dünən, 09:19

Sarayda israf olunan suya sakinlərdən ETİRAZ

İdman
25 sentyabr 2026, 18:05

İngiltərəli basketbolçu "Sumqayıt"da

İdman
25 sentyabr 2026, 17:13

Sumqayıtlı idmançı Afinada dünya çempionu oldu

İdman
25 sentyabr 2026, 16:13

Litva-Azərbaycan qarşılaşmasının hakimləri bəlli oldu

Bütün xəbərlər
25 sentyabr 2026, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
25 sentyabr 2026, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
25 sentyabr 2026, 14:33

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Bütün xəbərlər
25 sentyabr 2026, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
25 sentyabr 2026, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
25 sentyabr 2026, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
25 sentyabr 2026, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Oxşar xəbərlər