Novxanı və Saray qəsəbələrində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Sumqayıt24 bu haqda 6 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
"Azərsu" ASC-nin bununla bağlı keçirdiyi tenderin qalibi "Archico" MMC olub. Şirkətlə 9 milyon 377 min manatlıq müqavilə imzalanıb. Müqavilə 2025-ci ilin sonuna qədər olan dövrü əhatə edir.