“Azərxalça” ASC maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Report-un məlumatına görə, sorğuda iştirak haqqı 33 manatdır. İddiaçılar təkliflərini noyabrın 16-na qədər “Azərxalça”nın yerləşdiyi Şumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev1 ünvanına təqdim edə bilərlər.
Təkliflərə həmin gün saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.