top
Azərbaycanlılar daxil Qafqaz sakinlərində qeyri-adi genlər TAPILDI
24 dekabr 2025, 16:12
- +

Azərbaycanlılar daxil Qafqaz sakinlərində qeyri-adi genlər TAPILDI

Ufa Elm və Texnologiya Universitetinin alimləri Qafqaz regionunda yaşayan insanlarda indiyədək elmə məlum olmayan DNT dəyişiklikləri aşkar ediblər.

Sumqayit24.az xəbər verir ki, bu barədə KP.RU-ya Rusiya Təhsil və Elm Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədqiqatçılar Şimali və Cənubi Qafqazın müxtəlif populyasiyalarına mənsub insanların tam genom ardıcıllığını təhlil ediblər. Araşdırmada iştirak edən DNT nümunələrinin bir hissəsi yüksək dağlıq ərazilərdə və dağətəyi zonalarda yaşayan insanlara aid olub.

Qeyd edilib ki, Şimali Qafqaz anlayışına Rusiyanın Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar Respublikası, Şimali Osetiya və Krasnodar diyarının dağlıq rayonları daxildir. Cənubi Qafqaz dedikdə isə Gürcüstan, Ermənistan, Azərbaycan, Abxaziya və Cənubi Osetiya əraziləri nəzərdə tutulur.

Araşdırma zamanı əsas diqqət bədən hüceyrələrinin oksigen çatışmazlığına reaksiyasını tənzimləyən EGLN1 geninə yönəldilib. Bu gen Tibet və And dağlarında yaşayan əhali arasında da müşahidə olunur. Lakin alimlər Qafqaz xalqlarında, xüsusilə balkarlar arasında, dünyanın digər yüksək dağlıq regionlarında indiyədək qeydə alınmamış yeni gen mutasiyalarını müəyyən ediblər.

İkinci mühüm nəticə genomun sabitliyinin qorunmasında rol oynayan SPRTN geni ilə bağlı olub. Bildirilib ki, Qafqazda əsrlər boyu dağlıq ərazilərdə yaşamış xalqlar üçün ümumi olan gen variantları ilə yanaşı, yalnız bu regiona xas nadir gen variantları da aşkarlanıb.

Tədqiqat Ufa Elm və Texnologiya Universiteti, Rusiya Elmlər Akademiyasının Ufa Federal Tədqiqat Mərkəzinin Biokimya və Genetika İnstitutu, Başqırdıstan Dövlət Tibb Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri tərəfindən həyata keçirilib.

Alimlərin qənaətinə əsasən, region əhalisi minilliklər ərzində dağlıq və düzənlik ərazilər arasında köç edərək çoxsəviyyəli genetik uyğunlaşma mexanizmi formalaşdırıb.




Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Bu gün, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Bu gün, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda küçələrin işıqlandırılması 623 min manata başa gələcək

İdman
Bu gün, 12:00

66 yaşlı sumqayıtlı cüdoçu Avropada yüksək yer tutdu

Bütün xəbərlər
Bu gün, 11:51

Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:25

Xəzər dənizində zəlzələ baş verib

Bütün xəbərlər
Bu gün, 11:01

Ceyranbatanda gənc oğlan bıçaqlandı - Şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:27

Bakı Metropolitenində iş saatı dəyişdirilir

Bütün xəbərlər
Bu gün, 09:59

Sumqayıt bulvarında gecə gəzintisinə çıxan "qonaqlar"

Bütün xəbərlər
Bu gün, 09:11

Dostuxanım Zülfüqarova dünyasını dəyişdi...

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Oxşar xəbərlər