Sumqayıtda "Azərbaycan deyəndə..." adlı bədii qiraət müsabiqəsi keçirilib. Sumqayıt24 bu haqda 6 dekabr tarixində xəbər verir.
Müsabiqə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və 2 saylı Sumqayıt Regional "ASAN Xidmət” Mərkəzi tərəfindən Sumqayıt Poeziya Evində təşkil olunub. İştirakçı gənclər müxtəlif janrlarda şeirlər səsləndiriblər.
Münsiflər heyətinin qərarına əsasən Xədicə Babayeva 1-ci, Tahirə Yəhyayeva 2-ci, Nuriyə Yaqublu isə 3-cü yerləri tutublar.