Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 4 dekabr saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.