top
Bakı ilə Sumqayıt arasında taksi problemi: İki ekspert, fərqli fikirlər
18 avqust 2026, 17:50
- ↺ +

Bakı ilə Sumqayıt arasında taksi problemi: İki ekspert, fərqli fikirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.

Məsələ ilə bağlı Sumqayit24.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, vağzaldan vağzala taksilərin hərəkəti üçün şərait yaratmaq mümkündür:

"Vacib deyil ki, Bakı taksisi Sumqayıtın mərkəzinə daxil olsun və ya əksinə. Şəhərlərin sərhədlərinə yaxın ərazilərdə xüsusi şəhərlərarası taksi dayanacaqları təşkil edilə bilər. Sürücülər həmin məntəqələrdə sərnişinləri mindirib-endirə bilərlər".

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə hesab edir ki, Sumqayıt və Xırdalan vahid Bakı aqlomerasiyasının tərkib hissəsi olduğundan ümumi Bakı kvotasına daxil edilməlidir:

"Bu halda qeyd olunan məsələ öz həllini tapa bilər. Çünki biz bu şəhərlərə inzibati baxımdan ayrı-ayrı yaşayış məntəqələri kimi yanaşsaq da, faktiki olaraq onlar vahid aqlomerasiyanın bir hissəsidir. Əgər paytaxtın 69 kilometr cənubunda yerləşən Ələt qəsəbəsi Bakı hesab olunursa, 30 kilometr şimalda yerləşən Sumqayıtın da vahid məkanın tərkib hissəsi olduğu nəzərə alınmalıdır. Mobillik, logistika və taksi xidmətlərinə də ümumi Abşeron məkanı çərçivəsində yanaşılmalıdır".

R.Ağamirzəyev əlavə edib ki, sürət qatarları və avtobuslar da daxil olmaqla ictimai nəqliyyatın təkmilləşdirilməsi, hərəkət intervallarının azaldılması və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi taksi xidmətləri ətrafında yaranan problemlərin həllinə müsbət təsir göstərə bilər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Bu gün, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 11:20

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Oxşar xəbərlər