Sumqayıtın çıxışında, Bakı-Quba magistralının paytaxt istiqamətində tıxaclar yaranır.
Sumqayit24.az-a müraciət edən şəhər sakininin sözlərinə görə, "Sumqayıt dairəsi" adlanan ərazidən magistralın Bakı istiqamətinə dönmək axşam saatlarında müşkülə çevrilir. Şimal istiqamətindən gələn avtomobillərin hərəkəti səbəbindən ərazidə uzun tıxaclar yaranır.
Şikayətçi bildirib ki, sıxlıq o həddə çatır ki, bəzi sürücülər tıxacdan yayınmaq üçün yolun kənarı ilə hərəkət etməli olurlar.
"Əvvəllər burada tıxac olmurdu. İndi isə bu ərazidə də Bakı-Sumqayıt yolundakı vəziyyət yaranıb", – deyə sakin əlavə edib.