2023-cü ildə dünyasını dəyişən Vətən müharibəsi qazisi Nəriman Qəribovun nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür.
Sumqayit24.az-a bununla bağlı onun ailə üzvləri məlumat veriblər. Onların sözlərinə görə, 1989-cu il təvəllüdlü "Qorxmaz" ləqəbli Nəriman Qəribov 3 ildən çoxdur ki, Sumqayıt qəbiristanlığında torpağa tapşırılmışdı. Bu gün saat 11:00-da isə o Şəhidlər xiyabında dəfn olunacaq.
Qeyd edək ki, "Qorxmaz" 2023-cü ildə öz evinin hamamında yıxılıb və başının yerə dəyməsi nəticəsində komaya düşdükdən sonra vəfat edib.
O, Vətən müharibəsi zamanı könüllü şəkildə döyüşlərə iştirak edib. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa, uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət və fədakarlıqla döyüşərək yaralanıb