top
Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?
Bu gün, 15:55
- ↺ +

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər Azərbaycanda vətəndaşlar arasında qızdırma ilə müşahidə olunan xəstəlik halları artıb. Xəstəliyin əlamətləri, yayılma səbəbləri və mümkün ağırlaşmalarla bağlı narahatlıqlar yaranıb. Xüsusilə, uşaqlar arasında müşahidə olunan yoluxma hallarının artması diqqət çəkir.

Bəs bu vəziyyət mövsümi respirator virus infeksiyaları ilə bağlıdır yoxsa daha ciddi təhlükədən xəbər verir?

Məsələ ilə bağlı danışan Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov bildirib ki, hazırda müşahidə olunan vəziyyət qeyri-adi xarakter daşımır. Onun sözlərinə görə, havaların soyuması və insanların qapalı məkanlarda daha sıx təmasda olması respirator virus infeksiyalarının yayılmasını sürətləndirir.

"Əslində, qeyri-adi və fərqli bir durum yoxdur. Yəni, bu, ciddi bir narahatlığa səbəb ola biləcək vəziyyət deyil. Hər il payız fəsli başlayanda, havalar bir qədər soyuyanda tənəffüs yolu infeksiyalarının yayılması artır. İnsanlar kollektivlərdə, qapalı yerlərdə olduqları üçün yoluxma halları çoxalır. Bu, həmişə belədir.

Hazırda həm uşaqlar, həm də böyüklər arasında kəskin respirator virus infeksiyalarının nisbətən artımı hiss olunur. Burada qeyri-adi bir pandemiya və ya epidemiyadan söhbət getmir. Söhbət mövsümi olaraq respirator virus infeksiyalarının artmasından gedir. Uşaqlar məktəblərdə və bağçalarda bir-biri ilə sıx təmasda olur, yoluxurlar. Onlar böyükləri, böyüklər isə kollektivlərdə digər insanları yoluxdura bilərlər".

Rafiq Bayramov xəstəlikdən qorunmaq üçün bir sıra tövsiyələr də verib. O bildirib ki, xəstəliyin aktiv dövründə mümkün qədər təcrid olunmaq və infeksiyanın başqalarına keçməsinin qarşısını almaq vacibdir. Həkim həmçinin özbaşına antibiotik və müxtəlif dərman preparatlarından istifadə etməməyi tövsiyə edib.

"Xəstəliyin aktiv dövründə mümkün qədər təcrid olunmaq, digər insanları yoluxdurmamağa çalışmaq lazımdır. Özbaşına antibiotiklərdən istifadə etmək düzgün deyil. Ümumi simptomatik müalicə vasitələrindən yararlanmaq olar. Məsələn, qızdırma 38 dərəcəni keçdikdə parasetamol tərkibli dərman preparatları qəbul edilə bilər. Bol ilıq maye içmək də tövsiyə olunur. Əgər üç gün ərzində əlamətlər keçməzsə, temperatur aşağı düşməyib eyni qalarsa və ya artarsa, ciddi tənəffüs narahatlığı, nəfəs darlığı, öskürək və bəlğəm ifrazı güclənərsə, həkimə müraciət etmək lazımdır. Həkim müayinə apararaq vəziyyətə uyğun müalicə təyin edər.

Tənəffüs yolu infeksiyaları körpələr, yaşlılar və yanaşı xəstəlikləri olan insanlar üçün daha risklidir. Bu qruplarda xəstəlik ağır keçə və müxtəlif fəsadlara səbəb ola bilər", - deyə R.Bayramov fikirlərini yelunlaşdırıb.

Mənbə: Manset.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Oxşar xəbərlər