Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən yaşayış binalarından birinin zirzəmisinin acınacaqlı vəziyyətdə olduğu bildirilir.
Bu barədə Sumqayit24.az-a Xətai küçəsi, 45 saylı binanın sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, binanın zirzəmisini çirkab suları basıb. Nəticədə binada, xüsusilə də birinci mərtəbədə yaşayan sakinlər üçün ciddi narahatlıq yaranıb. Həmçinin zirzəmidəki boruların nasaz və qəzalı vəziyyətdə olduğu qeyd edilib.
"Birinci mərtəbədə yaşayırıq. Qoxuya və həşəratlara görə rahat hərəkət edə bilmirik", - deyə sakinlərdən biri bildirib.
Vətəndaşlar problemin aradan qaldırılması üçün aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin həll edilməsini tələb edirlər.