Sumqayıtda daha bir sərnişin avtobusu yolda xarab olub.
Sumqayit24.az-a bu barədə Sumqayıt-Yeni Yaşma istiqamətində hərəkət edən 26 nömrəli marşrut avtobusundan istifadə edən vətəndaşlar məlumat veriblər.
Sakinlərin sözlərinə görə, avtobus hərəkətdə olarkən nasazlıq yaranıb və nəqliyyat vasitəsi yolun ortasında dayanıb.
Nəticədə sərnişinlər avtobusdan düşərək yollarına piyada davam etməyə məcbur olublar.
Vətəndaşlar bu cür halların tez-tez baş verdiyini bildiriblər.
Qeyd edək ki, redaksiyamız sentyabrın 18-də də sözügedən marşrutda yaranan oxşar problemlə bağlı şikayəti işıqlandırıb. Bundan əlavə, 33 nömrəli marşrut xəttində də avtobusların yolda xarab olması ilə bağlı oxşar hallar yaşanır.