Sumqayıtda qadın işçi xəmiryoğuran avadanlıqda xəsarət alıb.
Hadisə oktyabrın 17-də "ATS Food" MMC-də qeydə alınıb.
Məlumata görə, 1983-cü il təvəllüdlü Aynurə Akif qızı Rəşidova müəssisədə xəmiryoğuran avadanlıqla işləyərkən xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, qadın saat 16:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Çoxsaylı yara diaqnozu qoyulan pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Hadisənin təfərrüatları araşdırılır.
Mənbə: Teleqraf.аz