top
Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır
Bu gün, 17:26
- ↺ +

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara kütləvi kiberdələduzluq halları barədə xəbərdarlıq edib.

Bildirilib ki, son zamanlar ölkə ərazisində vətəndaşların, o cümlədən müxtəlif dövlət rəsmilərinin yaxınlarının hədəf alındığı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur.

Kiberdələduzlar müasir informasiya texnologiyalarından və sosial mühəndislik üsullarından (həmçinin, nömrələrin saxtalaşdırılması, psixoloji təsir, WhatsApp tətbiqi üzərindən zənglər və mesajlar, eləcə də süni intellekt vasitəsilə səs təqlidi) istifadə edərək vətəndaşları təşvişə salmağa, aldatmağa və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar.

Dələduzlar əsasən telefon zəngləri və WhatsApp platforması vasitəsilə özlərini dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək təhdid yolu ilə, yaxud vətəndaşların valideynlərinə və ailə üzvlərinə zəng edib yaxınlarının təcili köməyə ehtiyacı olduğunu bildirərək psixoloji manipulyasiya və saxta keçidlər vasitəsilə fərdi və bank məlumatlarını ələ keçirirlər.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara tövsiyə edir:

1) Sosial mühəndislik hücumları zamanı təşvişə qapılmayın və tələsik qərarlar verməyin.

2) Dövlət qurumlarının adından edilən şübhəli zəng və mesajlarla qarşılaşdıqda əlaqəni sonlandırın və müraciətin həqiqiliyini rəsmi mənbələrdən dəqiqləşdirin.

3) Bank kartı məlumatlarını, ikimərhələli təsdiqləmə (2FA) və SMS təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmayın.

4) Xüsusilə yaşlı ailə üzvlərinizi sosial mühəndislik üsulları və kiberdələduzluq halları barədə məlumatlandırın.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Bu gün, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Bu gün, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Bu gün, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Bu gün, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Bu gün, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Bu gün, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Bu gün, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Bu gün, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Oxşar xəbərlər