“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti uşaqları sevindiriblər. Bu haqda 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Yeni il ərəfəsində Bakı-Sumqayıt-Bakı ekspres qatarında maraqlı personajlar, hədiyyə və şənliklə dolu əyləncəli səfərdə 300-ə yaxın uşaq valideynləri ilə birgə iştirak edib.
İlk dəfə keçirilən “Qış səyahəti” turuna Qarabağ müharibəsi qəhrəmanlarının və dəmiryolçu ailələrinin övladları qoşulublar.