Bakı-Sumqayıt yolunda qaydaları pozan sürücü saxlanılıb. Bu haqda 18 may tarixində Sumqayıt24 Lent.az-a istinadən xəbər verir.
Magistral yolda əks-istiqamətdə hərəkət edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan "Mitsubishi Lancer" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Abşeron rayon sakini Sünhan Nəsirov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilib. O, 100 manat məbləğində və 4 bal cərimə edilib.