Bakı-Sumqayıt yolunda ("Riyad" TM ərazisində) qadın sərnişinə qarşı zorakılıqda ittiham olunan "Bolt" şirkətinə məxsus taksi sürücüsü saxlanılıb.
Sumqayit24.az-a daxil olan məlumata görə, xanım sərnişinə qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.
Xatırladaq ki, zərərçəkən Elvira Vəliyevanın sözlərinə görə, gedişhaqqı ilə bağlı yaranan mübahisə zamanı sürücü avtomobilin qapılarını kilidləyib və daha sonra onun xəsarət almasına səbəb olan hərəkətlər edib.