İstilik mövsümünün başlama tarixi bəlli oldu.
Sumqayit24.az xəbər verir ki, 2026-2027-ci illərin payız-qış mövsümündə istilik sistemləri Bakı, Sumqayıt və əksər ərazilərdə 15 noyabrdan işə salınacaq. Mövsüm aprelin 15-dək davam edəcək.
"Azəristiliktəchizat" ASC-dən bildirilib ki, hava şəraiti və hazırlıq vəziyyətindən asılı olaraq başlanma tarixi dəyişdirilə bilər. İstehlakçılara bu barədə ən azı 10 gün əvvəl məlumat veriləcək.