Sumqayıtda yerləşən "Gold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub.
Məlumata görə, hadisəni törədənlər "Gold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan iki nəfər olub.
Təqsirləndirilən şəxslər anbardan 104.920 manat dəyərində siqaret oğurlayıblar.
Məlum olub ki, oğurluğa rəhbərlik edən təsərrüfat müdiri mağaza müdirinin yaxın qohumudur. O, 2019-cu ildən həmin mağazada çalışıb.
Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslərə məhkəmədə hökm oxunub. Onlardan biri 6 il 6 ay, digər ikisi isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, "Qayalı" mağazalar şəbəkəsinin sahibi İdris Quliyevdir.
Mənbə: Xitab24.az