Bakı-Sumqayıt avtomobil yolunda evakuatorla daşınan yük maşını körpünün alt tağına ilişib.
Məlumata görə, baş verən hadisə ilə bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən də aydın olur ki, sürücü hündürlüyü düzgün hesablaya bilməyib və nəticədə qəza baş verib. Hadisə nəticəsində körpü zədələnib, yük maşınına isə ziyan dəyib.
Qəza səbəbindən yolda məhdudiyyət yaranıb. Bu isə avtomobillərin sıxlığına səbəb olub.