top
Bakını susuzluqdan xilas edən ürək- Nasosnu
21 mart 2026, 17:05
- +

Bakını susuzluqdan xilas edən "ürək"- Nasosnu

Bakıdan şimala - Qubaya, Xaçmaza doğru yol alanda hər kəsin bildiyi, sürücülərin sanki bir sərhəd keçirmiş kimi "Nasosnunu keçdik" dediyi bir məntəqə var. Bu gün rəsmi xəritələrdə adı xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin adını daşıyan bu qəsəbə, əslində Azərbaycanın sənaye və mühəndislik tarixinun ən maraqlı səhifələrindən biridir. Bəs niyə biz hələ də inadla bura "Nasosnu" deyirik? Bu adın arxasında hansı nəhəng layihə dayanır?

Hər şey 1910-cu illərdə, Bakının susuzluqdan boğulduğu illərdə başladı. Şimaldan – Xaçmazın Şollar kəndindən Bakıya təmiz içməli su gətirmək o dövr üçün imkansız bir xəyal kimi görünürdü. Lakin Hacı Zeynalabdin Tağıyevin inadı və ingilis mühəndis Vilyam Lindleyin layihəsi ilə bu xəyal gerçəyə çevrildi. Məhz indiki qəsəbənin ərazisində suyun təzyiqini artırmaq, onu relyef maneələrini aşaraq Bakıya axıtmaq üçün nəhəng nasos stansiyaları quruldu. Rusdilli mühəndislərin işlətdiyi "Nasosnaya stansiya" ifadəsi zamanla sadələşərək xalqın dilində "Nasosnu"ya çevrildi və qəsəbənin qeyri-rəsmi pasportu oldu.

Hacı Zeynalabdin Tağıyev Şollar kəmərinin ən böyük himayədarı idi. O, layihənin reallaşması üçün nəinki pul, hətta canını qoymuşdu. Bu gün qəsəbənin rəsmi olaraq onun adını daşıması (H.Z. Tağıyev qəsəbəsi) tarixi bir ədalətin bərpasıdır.

Bu qəsəbə sadəcə suyun keçid məntəqəsi deyil. O dövrdə inşa edilən və bu gün də memarlıq abidəsi kimi maraq doğuran nasos qurğuları öz sağlamlığı ilə zamana meydan oxuyur. Hətta deyirlər ki, sovet dövründə bu binaların sementini və kərpicini sökmək istəyəndə texnika gücsüz qalırdı.

Lakin "Nasosnu"nun bir də "soyuq" və strateji tərəfi var. Qəsəbənin kənarında yerləşən eyniadlı hərbi aerodrom sovet illərində regionun ən kritik nöqtələrindən biri idi. SSRİ-nin Yaxın Şərqi və NATO-nun cənub qanadını nəzarətdə saxlamaq üçün istifadə etdiyi bu baza, ən sürətli qırıcıların məkanı hesab olunurdu. Bu gün də həmin aerodrom regionun ən uzun uçuş zolaqlarından birinə malik olması ilə öz strateji əhəmiyyətini qoruyub saxlayır.

Coğrafi baxımdan Bakıya çox yaxın, Sumqayıtla isə bitişik olan bu qəsəbə həm də maraqlı bir idarəçilik paradoksudur. Bakı yolunun "qapısı" sayılsa da, inzibati cəhətdən Sumqayıta tabedir. Sahilboyu uzanan sənaye müəssisələri və zavodlar bura əsl "fəhlə qəsəbəsi" ruhu versə də, dəniz kənarındakı sükutu ilə insanı keçmişə aparır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Oxşar xəbərlər