top
Döyüş yoldaşını xilas edib özü şəhid olan qəhrəmanımız…
20 mart 2026, 13:16
- ↺ +

Döyüş yoldaşını xilas edib özü şəhid olan qəhrəmanımız…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid Novruz İnqilab oğlu Məmmədovun doğum günüdür.

1991-ci il martın 20-də Sumqayıt şəhərində dünyaya gələn Novruz Məmmədov qısa, lakin mənalı və şərəfli bir ömür yaşadı. İnqilab və Şəfiqə Məmmədovaların ailəsində böyüyən Novruz, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbdə təhsil alıb.

Hərbi xidmətə çağırıldıqdan sonra Vətənə bağlılığını yalnız borc kimi deyil, həyat amalına çevirən Novruz xidmətini başa vurduqdan sonra da ordudan ayrılmadı. Müddətdən artıq hərbi qulluqçu kimi sürücü vəzifəsində xidmətini davam etdirərək, hər zaman ön cəbhəyə hazır oldu.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi onun həyatının dönüş nöqtəsinə çevrildi. Azərbaycan Ordusunun igid əsgəri kimi döyüşlərə qatılan Novruz, kəşfiyyatçı və snayper olaraq ən çətin tapşırıqlarda iştirak etdi. Xüsusilə Füzuli istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərdi.

Döyüş yoldaşlarının xatirələrində Novruz təkcə igid döyüşçü deyil, həm də əsl dost kimi yaşayır. O, döyüş zamanı silahdaşı Tariyeli xilas etdi. Lakin taleyin acı yazısı ilə cəmi üç gün sonra – 24 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.

Onun göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən də yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Novruz Məmmədov ölümündən sonra "Vətən uğrunda",  "Laçının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

Novruz Məmmədov dostcanlılığı, qorxmazlığı və mərdliyi ilə onu tanıyan hər kəsin yaddaşında silinməz iz qoydu. O, yalnız ailəsinin deyil, bütün Azərbaycanın fəxrinə çevrildi.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər