top
Qadını çiynindən vurdu, məhkəməyə düşdü
21 mart 2026, 10:05
- ↺ +

Qadını çiynindən vurdu, məhkəməyə düşdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

 

Teleqraf.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 22-də 3-cü mikrorayon ərazisində baş verib.

 

Belə ki, 1990-cı il təvəllüdlü Mübariz həmin gün saat 18:00-da qeyri-rəsmi münasibətdə olduğu Aygün (adlar şərti verilib – red.) ilə birlikdə yaşadıqları binanın ikinci mərtəbəsində qısqanclıq zəminində mübahisə edib.

 

Baş verən mübahisə zamanı o, Aygünün sol çiyin nahiyəsinə yumruq vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

 

Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

İzahat verən Mübariz özünü ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Aygünlə bir ildir qeyri-rəsmi münasibətdədir, birlikdə kirayədə yaşayır:

 

"Aygün ilə bir neçə dəfə mübahisələrim olub. Bu mübahisələrimiz qısqanclıq zəminində baş verib. Sonuncu dəfə yaşadığımız mənzildən getdiyim vaxt Aygünü binanın 2-ci mərtəbəsində gördüm. Ondan haradan gəldiyini soruşduqda, cavab vermədi. Saymazlığı məni əsəbləşdirdi. Onun sol çiyin nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurdum".

 

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

 

Aygünün sözlərinə görə, məlum hadisə vaxtı binanın 2-ci mərtəbəsində Mübariz ilə rastlaşan vaxt nənəsinin evindən gəlib:

 

"Mübariz məndən haradan gəldiyimi soruşdu. Ondan küsülü olduğum üçün cavab vermədim və sakit şəkildə evə qalxmağa çalışdım. Bu zaman Mübariz sol çiyin nahiyəmə yumruqla vuraraq mənə xəsarət yetirdi".

 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.

 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər