top
Sumqayıtda qadın qonşusunun barmağını sındırdı - TƏFƏRRÜAT
20 mart 2026, 14:16
- ↺ +

Sumqayıtda qadın qonşusunun barmağını sındırdı - TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərində iki qadın arasında yaranan mübahisə sonda cinayətlə nəticələnib.

Teleqraf.az-ın məlumatına görə, hadisə 76-cı məhəllədə yerləşən 5 nömrəli yataqxanada baş verib.

1980-ci il təvəllüdlü Səidə Səlimova yataqxananın 4-cü mərtəbəsində yerləşən ümumi dəhlizdə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu İlhamə Nizamovanın (ad-soyad şərti verilib – red.) sol əlinin baş barmağından tutaraq burub və 1-ci barmağını sındırıb.

Səlimovanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Səlimova ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən 18 ildir İlhamə ilə eyni yataqxanada, 4-cü mərtəbədə qonşudur və aralarında heç bir ədavət, düşmənçilik yoxdur: 

""Məlum hadisə günü, saat təxminən 17 radələrində yaşadığım yataqxananın dəhlizində olan zaman İlhamə qapının qarşısına qoyduğum ayaqqabı dolabını yerə aşırdı və onun gediş-gəlişinə mane olduğunu bildirdi. Buna görə aramızda mübahisə yarandı. İlhamə məni söydü. Onun hərəkətlərindən əsəbiləşdim və sol əlindən tutaraq burdum, sonra onu kənara itələdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt İlhamə sol əlinin baş barmağından xəsarət alıb və yerə yıxılıb: 

"Ona fikir verməyərək öz otağıma keçdim. Sonradan isə öyrəndim ki, İlhamə məndən polisə şikayət edib. Etdiyim əməldən peşmanam. Hadisədən bir neçə gün sonra İlhaməyə xəsarət aldığı sol əlinin baş barmağını müalicə etdirməsi üçün 22 manat vermişəm. Daha sonra dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, mənimlə barışmayıb".

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Səlimova 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsin yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri ərazisini tərk etməsi qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Həmçinin Səlimovanın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

 

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər