top
Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun DOĞUM GÜNÜDÜR
21 mart 2026, 15:05
- ↺ +

Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun DOĞUM GÜNÜDÜR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun doğum günüdür.

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb.

Onun 6 yaşı olarkən anası vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa "Köhənsal" təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım Molla Pənah Vaqifin nəslindən idi.

 

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qazaxda Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini təşkil edib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olub. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat edib. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərlərini oxuyub. 1930-cu illərdə o, Aleksandr Puşkinin "Yevgeni Onegin", Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunub. 1930-cu illərdə şairin "Könül dəftəri" və "Şeirlər" kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı "Azərbaycan" şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə "Vaqif", sonrakı illərdə "Xanlar", "Fərhad və Şirin", "İnsan" dramlarını, "Zəncinin arzuları", "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olunub. 1956-cı ilin martında "Azərbaycanın Xalq şairi" fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

 

Son xəbərlər

İdman
Bu gün, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Bu gün, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Oxşar xəbərlər