Sumqayıtda qeyri-qanuni taksi fəaliyyəti və avtobus marşrutlarına qarşı reyd keçirilib. Bu haqda 20 may tarixində Sumqayıt24 İctimai TV-yə istinadən xəbər verir.
Yoxlamalar zamanı Sumqayıtdan Bakı istiqamətində fəaliyyət göstərən avtobus və mikroavtobuslar saxlanılıb. Reydə əsasən, fərqlənmə nişanları almayan sürücülər cərimələnib, avtobuslar isə cərimə meydançasına yerləşdirilib.
Həmçinin Bakının “20 Yanvar” metro stansiyasının qarşısına sərnişin daşıyan bütün mikroavtobuslar Sumqayıt avtovağzalına yönləndirilib.
Qeyd edək ki, yoxlama Dövlət Yol Polisi şöbəsinin əməkdaşları və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işçiləri ilə birgə aparılıb.