Sumqayıt şəhəri akvatoriyasında balıqçılarla maarifləndirmə tədbiri keçirilib. Bu haqda 12 may tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının idman və həvəskar ovu ilə məşğul olan şəxslər arasında söhbətlər aparılıb. Onlara balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may - 30 iyun tarixləri ərzində balıq və digər su bioresurslarının idman və həvəskar ovuna qoyulmuş qadağalara əməl edilməsi tövsiyə edilib.
Həmçinin həmin ərazilərdə qadağanedici və məlumatverici lövhələr quraşdırılıb.